Bakıda ağır qəza: "BakuBus" yük maşını ilə toqquşdu - VİDEO

10.03.2025
-
10:10
|
|
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Referans" oxu.az-a istinadla xəbər verir ki, hadisə bu gecə metronun "Koroğlu" stansiyasının qarşısında qeydə alınıb.
İlkin məlumata görə, "BakuBus"a məxsus sərnişin avtobusu yük avtomobilinə çırpılıb. Avtobusa ciddi ziyan dəyib.
Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.
Hadisə ilə bağlı aidiyyəti qurumlara sorğu verilib.