Bakı sakinlərinə XÜSUSİ XƏBƏRDARLIQ EDİLDİ: yaxın 3-4 gün ərzində...

meteroloqdan-suruculere-xususi-xeberdarliq-bunu-etseniz-1741603673
|
|

Dünən axşam saatlarından etibarən Bakı ərazisində kəskin dumanlı hava şəraiti hökm sürür.


Milli Hidrometeorologiya Xidmətindən məlumata görə, martın 10-u saat 9:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Şabran, Beyləqan, İmişli, Sabirabad, Zərdab, Neftçala, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur və görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

 

Ölkə ərazisində dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.


Dumanlı hava şəraiti ilə bağlı meteroloq Cavidan Əliyev “Referans”-a açıqlamasında danışıb.




“Hazırda keçid fəsildəyik. Ölkəmizə antitsiklonun kənarı ilə isti hava kütlələri daxil olur, axın cənub-şərqdəndir yəni dənizdən. Yer səthi isə bilirsiz ki, hələ soyuqdur və nəticədə inversiya yaranır. Yəni soyuq hava aşağıda, isti hava yuxarıda olur, isti hava soyuq səth üzərinə enir və duman yaranır. Bu, advektiv dumandır”.


Meteroloq bildirib ki, yaxın 3-4 gün ərzində davam edəcək dumanlı hava şəraiti görünüş məsafəsini məhdudlaşdıra bilər.  


“Xüsusi ilə sürücülər daha diqqətli olmalıdırlar. Görünüş məsafəsi 200 metrə enmişdi belə duman çətinliklər yaradır. 50 m isə xüsusi təhlükəlidir. Belə hava şəraitində sürücülərə qətiyyən uzaq işığı yandırmaq olmaz, çünki kiçik su damcıları bu işığı əks etdirir və görünüş daha da pisləşir”.


Cavidan Əliyev qeyd edib ki, dumanlı hava şəraiti ilə yanaşı martın 14-nə qədər paytaxt ərazisində 14, 16 dərəcə isti olacaq, mülayim cənub küləyi əsəcək.

 

Fidan Vəlisoy