Bakıda məşhur prospekt bağlandı – Səbəb

bakida-meshur-prospekt-baglandi-sebeb-1742985391
|
|

  Nərimanov rayonu, Atatürk prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Referans.az-a bildirilib ki, bu səbəbdən metronun “Gənclik” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət tətbiq edilir.