Piyadaların DİQQƏTİNƏ: Yol keçərkən bunu etsəniz, CƏRİMƏ OLUNACAQSINIZ!

“Bakıda bəzi yerlərdə metro keçidi piyada keçidi kimi də istifadə olunur. Bu, normal haldır. Həmin ərazidə əgər eyni səviyyəli piyada keçidi yoxdursa, demək ki, həmin yeraltı keçiddən istifadə etmək lazımdır”.
Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Referans”-a açıqlamasında deyib.
“Hər yerdə eyni səviyyəli piyada keçidi təşkil etmək olmur. Bu, hərəkətin intensivliyindən, yol infrastrukturundan, yol infrastrukturundan asılı olur. Uyğun olan yerdə yerüstü piyada keçidi, uyğun olmayan yerdə isə yeraltı keçidlər təşkil edilir. Bu, birbaşa infrastrukturla bağlıdır”.
Ekspert qeyd edib ki, piyadalar da sürücülər kimi bütün yol hərəkəti qaydalarına əməl etməyə məcburdurlar. Onlara heç bir güzəşt olunmamalıdır.
“Qaydalara məhəl qoyulmadan özünü qəfil avtomobil yoluna atan piyadaları 40 manat cərimə gözlüyür. Adi halda yol qaydalarını pozan piyadaları 20 manat, təhlükəli vəziyyət yaradanlar isə 40 manat cərimə olunur. Yola çıxan hər kəs istər piyada, istər sürücü, istərsə də sərnişin bilməlidir ki, artıq evi tərk edirsə, onun yolda bütün hərəkətləri “Yol hərəkəti haqqında” qanunla tənzimlənir və sərnişin də ona uyğun davranmalıdır”.
Fidan Vəlisoy