YENİ QANUN pensiyalara necə TƏSİR EDƏCƏK?

yeni-qanun-pensiyalara-nece-tesir-edecek-1744033836
|
|

Ölkəmizdə əmək pensiyası ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu günlərdə keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanunun tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur.

 

Sözügedən qanuna dəyişikliyin əhali üçün faydası nədən ibarət olacaq? Ümumiyyətlə bu dəyişiklikdə əsas hədəf nədir?


Mövzu ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, millət vəkili, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Referans-a açıqlamasında bildirib ki, dövlət tərəfindən qanunvericiliyə uyğun olaraq pensiyalar verilir. Hesab edirəm ki, cəmiyyətdə güzəştə ehtiyacı olan ailələr barədə araşdırlma aparılmalıdır. Pensiya yardımları ilə də həmin ailələrə dəstək olunmalıdır. 


Elşad Musayev onu da diqqətə çatdırıb ki, Azərbaycan sosial dövlət olduğu üçün qanunvericilikdə də müəyyən qədər güzəştlər nəzərdə tutulmalıdır. Bu qanuna ediləcək dəyişikliklər birbaşa əhalimizin rifahına xidmət edən dəyişikliklərdir.  Hər zaman çalışırıq ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılaması istiqamətində fəaliyyət göstərək.





"Əmək və sosial siyasət komitəsi də bu kimi məsələləri daim diqqətdə saxlayır. Bu sahədə işlərimiz davam edəcəkdir. İlkin olaraq əmək pensiyaları ilə bağlı qanuna əlavələr və dəyişikliklər plenar iclacda tövsiyyə edildi. Prodesdur belədir ki, qanun layihələri ilə bağlı Milli Məclisdə 3 oxunuş olur. Güman edirəm ki, 3 - cü oxunuşdan sonra bu dəyişikliklər qəbul ediləcəkdir. Bu prosesin isə yaxın gələcəkdə mümkün olacağına ümid edirəm", -  deyə Elşad Musayev əlavə edib.


Bünyamin Bünyadzadə

Referans