Qaynana kürəkəndən hamilə qaldı - Türkiyə bu hadisədən danışır - VİDEO/ FOTO 

qaynana-kurekenden-hamile-qaldi-turkiye-bu-hadiseden-danisir-video-fotonbsp-1744696169
|
|

Türkiyədə 21 yaşlı oğlanın nişanlısının anası ilə münasibət yaşadığı iddia edilir.


 Kayserinin Develi rayonunda baş verən və Türkiyənin gündəmini zəbt edən qalmaqalda 21 yaşlı Cuma Doğanın fiziki qüsurlu nişanlısının 47 yaşlı anası Güldane Şahinlə münasibətdə olduğu deyilir.


Məsələ Esra Erolun proqramında müzakirəyə çıxarılıb. Proqrama qatılan nişanlısı Dilek Şahin həm anası, həm də nişanlısı tərəfindən fiziki zorakılığa məruz qaldığını deyib. O, həmçinin anasının Cumanı qaçırdığını iddia edib. Dilek Şahin və atası Turan Şahin proqramda baş verənləri danışaraq hər kəsi şoka salıb.


Güldane Şahinin Cuma Doğandan üç aylıq hamilə olduğu da irəli sürülüb. Hazırda Cuma Doğan və Güldane Şahin bu barədə heç bir açıqlama verməyiblər. Hadisə cəmiyyətdə geniş əks-səda doğurub.//Milli.Az