Ağsuda seldə ölən şəxs rəis imiş

16.04.2025
-
15:53
|
|
Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.
Referans.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan digər 3 nəfər Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Vəziyyətləri nisbi stabil qiymətləndirilir.
Qeyd edək ki, yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Çaya gələn güclü sel ekskavatoru aşırıb. Ekskavatorda olan 4 nəfərdən biri hadisə yerində ölüb.