Plastik cərrah Dilqəm Məhərrəmova RƏSMİ QADAĞA - Lisenziyası ləğv edildi 

plastik-cerrah-dilqem-meherremova-resmi-qadaga-lisenziyasi-legv-edildinbsp-1744882693
|
|

  Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Sözügedən tibb mütəxəssisləri Xüsusi Təftiş Komissiyasının iclaslarına dəvət olunmuş və sənədləri ətraflı araşdırılıb. Əvvəlcədən xəbərdarlıq edilməklə iclasların video-audio çəkilişləri aparılmış və hər bir iclas protokollaşdırılıb. Komissiyanın ümumilikdə 11 iclası keçirilib.

Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı” tərtib olunaraq aşağıdakı linkdə yerləşdirilib:

Plastik cərrahların Siyahısı

Qeyd olunan linkdə göstərilən Siyahı 17 aprel 2025-ci il tarixinə olan məlumatları özündə əks etdirir. Tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yeniləcək.

Bununla yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə “Cərrahiyyə profili üzrə digər peşə ixtisas sahibləri tərəfindən ali ixtisas tibb təhsilinin tədris proqramlarına uyğun olaraq icrasına icazə verilən plastik cərrahiyyə sahəsinə aid əməliyyatların Siyahısı” təsdiq edilib.

Sözügedən siyahı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

İcazə verilən əməliyyatların Siyahısı

“Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı” tərtib edilib. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Fəaliyyətinə icazə verilən cərrahların siyahısında 42 cərrahın adı qeyd edilib. Sözügedən siyahıda məşhur estetik cərrahların adları isə yoxdur. Bunlar “Baku Medical Plaza” klinikasının plastik cərrahı Dilqəm Məhərrəmov, “Azər-Türk Med”in həkimi Təbəssüm Qurbanova və “International Medical Centre”in estetik cərrahı Sevinc Heydərovadır.
Xatırladaq ki, bir müddət əvvəl bir neçə tanınmış estetik cərrahın lisenziyası ləğv olunmuşdu. Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ''Ajans.az''ın sorğusuna cavabında estetik cərrahlarla bağlı Təftiş Komissiyasının işi yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcəyi qeyd edilmişdi.