Bakıda ağır qəza: 2 ölü, 9 yaralı var – VİDEO

Xəbər verdiymiz kimi, dünən Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, iki sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Bu gün isə xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən verilən xəbərə görə, 6-si kişi, 3-ü qadın olmaqla 9 nəfər bədənin müxtəlif hissələrinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara zəruri tibbi xidmətlər göstərilib, müayinələr olunub. Onlardan 3 nəfər əməliyyata alınıb, 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.