9 günlük matəm elan edildi - Bu ölkədə...

24.04.2025
-
10:56
|
|
Papa Fransisk üçün 9 günlük matəm onun dəfn olunduğu gün, aprelin 26-da başlayacaq və mayın 4-də başa çatacaq.
Referans yenisabah.az-a istinadla xəbər verir ki, bu müddət ərzində Müqəddəs Pyotr Bazilikasında hər gün dua mərasimləri keçiriləcək.
Yas müddətinin Roma Papası Fransiskin ölümündən sonra atılacaq addımları müzakirə edən katolik kardinalların görüşü zamanı qərara alındığı bildirilir.
Kardinalların yeni papa seçəcəyi konklavın tarixi hələ müəyyən edilməyib. Bununla belə, papanın ölümündən 15-20 gün sonra başlamalıdır.
Papa Fransiskin cənazəsinin olduğu tabut aprelin 23-də Vatikanda yerləşən Müqəddəs Pyotr Bazilikasına qoyulub. İctimai vida mərasimi 3 gün davam edəcək.