10 gün iş olmayacaq 

10-gun-is-olmayacaqnbsp-1745501118
|
|

 İyun ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb.

İyun ayının 15-də qeyd olunan Milli Qurtuluş Günü bazar gününə düşdüyü üçün, iyunun 16-ı qeyri-iş günü sayılacaq.

Eyni zamanda, 26 iyun Silahlı Qüvvələr Günü də qeyri-iş günüdür. Bu il iyunun 26-sı həftənin 4-cü gününə təsadüf edib.

Beləliklə, 5 günlük işləyənlər üçün şənbə və bazar günlərini də nəzərə alsaq, həmin şəxslər üçün iyun ayında 10 gün qeyri-iş günü olacaq./konkret