Əhaliyə təcili XƏBƏRDARLIQ - DİQQƏTLİ OLUN!

Son dövrlərdə Azərbaycanda, xüsusən də Naxçıvan ərazisində ciyərə su yığılması prosesi həddindən artıq artıb.
Belə ki, bölgədə xəstəxanaya müraciət edənlərin böyük əksəriyyəti ürəyin infaktı və ağciyərə maye yığılması ilə bağlı müraciət edənlərdir.
İnsanlarda ciyərə su yığılmasının əsas səbəbləri nə ola bilər? Bədəndə baş verən hansı proseslər buna təkan verir? Vətəndaşlar bunun qarşısınl almaq üçün nələr edə bilərlər?
Pulmonoloq Əlizamin Sadıqov “Referans”-a açıqlamasında bu haqda danışıb.
“Mən belə bir xəstəlik görməmişəm ki, insanlar arasında kütləvi şəkildə ağciyərə mayenin yığılmasına gətirib çıxarsın. Bu, əlbəttə ki, şaiyədir. İnsanlar arasında biraz da qorxu yaratmaq məqsədi daşıyır. Amma bu vəziyyət cəmiyyətdə tezləşirsə, çoxalırsa, daha çox hansı səbəblərdən yarandığına təbii ki, nəzər salmalıyıq. Bu gün Azərbaycanda respirator virus infeksiyaları təmamilə seyrəlib. Bu dəqiqə aktual deyil respirator virus infeksiyaları. Adətən ondan irəli gəlir ağciyərə su yığılma prosesi. Bu mümkün ola bilən prosesdir”.
Pulmonoloq sözügedən prosesin Azərbaycanın hansısa bölgəsinə xas olaraq qəfildən arta biləcək bir xəstəlik olduğunu düşünmür.
“Bu gün ağciyərə maye yığılmasının səbəbləri yüzlərlədir. Bu gün qəbul etdiyim 100 xəstənin təxminən 10-da mütləq şəkildə pnevmiya maye mövcud olacaq. Yəni bu, insanlar arasında geniş yayılmış bir problemdir. Əsas və ən geniş yayılmış səbəblərindən biri ürək zəifliyi, ürək problemi, işemik problem, kardiomiopatiya və s.-dir. Eyni zamanda nefroloji problemi olan pasiyentlərdə də bu prosesin müşahidə olunması mümkündür. Nəzərə alsaq ki, son illərdə ağciyər xərçənginin artması, plevrada xərçəng törəmələrinin yaranması da plevrada maye yığılması hallarının artmasına gətirib çıxarıb. Bu gün əgər bu artış dediyiniz qaydada hiss olunursa, təbii ki, bunun əsas səbəblərindən biri də xərçəng patologiyasının cəmiyyətdə artışıdır”.
Fidan Vəlisoy