Tanınmış alim vəfat etdi

taninmis-alim-vefat-etdi-1745525418
|
|

  Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədri, Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru, filologiya elmləri doktoru, pedaqoq Rəhilə Hüseyn qızı Quliyeva dünyasını dəyişib.

Referans xəbər verir ki, bu barədə təhsil ocağı məlumat yayıb.

Qeyd olunur ki, Rəhilə Quliyeva təkcə alim və müəllim kimi deyil, həm də yüksək insani keyfiyyətləri ilə seçilən ziyalı, nüfuzlu şəxsiyyət kimi xatırlanacaqdır.

Allah rəhmət eləsin!