Atışmalar ŞİDDƏTLƏNDİ - Qardaş ölkə qırıcıları HAVAYA QALDIRDI

27.04.2025
-
18:15
|
|
Hindistan-Pakistan sərhədində vəziyyət gərginləşir.
"Referans" Ajans.az-a istinadən bildirir ki, xarici KİV-in yaydığı məlumata görə, Pakistan Hərbi Hava Qüvvələri tam döyüş hazırlığına gətirilib. Hazırda toqquşmalar atıcı silahlarla davam edir və tədricən nəzarət xəttinin yeni sahələrinə yayılır.
Döyüşlərin xüsusilə Lipa-Velli, Nilum və Samxanidə qeydə alındığı bildirilir. Cammu və Kəşmir bölgəsində, o cümlədən Lipa vadisində güclü atışmaların olduğu vurğulanıb.
İddiaya görə, Pakistan hərbçiləri Hindistan Ordusunun açdığı atəşə cavab verib. Lakin hadisənin detalları rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Ölən və yaralananlar barəsində məlumat verilmir.