Abdolbari Gozalın yerinə o təyin olundu 

abdolbari-gozalin-yerine-o-teyin-olundunbsp-1746190299
|
|

"Azərsun Holdinq"in Müşahidə Şurasına sədri təyin edilib. 


Ölkə.Az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Ahmad Gozal təyin edilib.


Ölkənin aparıcı şirkətlərindən biri olan “Azərsun Holdinq”in rəhbəri Ahmad Gozal 2006-cı ildə Bilkent Universitetinin menecment ixtisası üzrə məzunu olub.


Elə həmin ildən etibarən, Azərsun Holdinq"in idarəetməsində yaxından iştirak edib.


Şirkətlər qrupunun müxtəlif strukturlarında fəaliyyət göstərdikdən sonra 2018-ci ildən etibarən "Azərsun Holdinq"in Müşahidə Şurasının sədr müavini və Holdinqin təftiş komissiyasının sədri təyin edilib.


2022-ci ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir.


Qeyd edək ki, bundan əvvəl  Azersun Holdinqin Müşahidə Şurasının sədri Abdolbari Gozal idi. O bu ilin yanvarında dünyasını dəyişib.

Ahmad Gozal Abdolbari Gozalın oğludur.