Trampın arvadının Putinə sürpriz məktubunun detalları açıqlandı – FOTO

ABŞ Prezidenti Donald Tramp dünən Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ona həyat yoldaşı Melania Trampın məktubunu təqdim edib.
Referans xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentlik Ağ Evdəki adının açıqlanmasını istəməyən iki mənbəyə əsaslanaraq bildirir ki, məktubun məzmunu tam açıqlanmasa da, Ukraynadakı münaqişə zamanı qaçırılan uşaqlar məsələsinə toxunulduğu qeyd olunub.
Məktubun məzmunu təqdim edirik:
“Hər bir uşağın – şəhərdə doğulmasından və ya kənddə böyüməsindən asılı olmayaraq eyni səmimi arzuları vardır: sevgi, imkanlar və təhlükəsizlik.
Valideynlər və liderlər olaraq biz növbəti nəsilin gələcəyini qorumaq məsuliyyətini daşıyırıq, bu məsuliyyət fərdi rahatlıqdan üstündür. Uşaqlar təvazökar, saf və günahsız doğulurlar, bu saflıq coğrafiya, dövlət və ideologiyadan yuxarıdır.
Bəzi uşaqların həyatı qaranlıq qüvvələr tərəfindən pozulur, lakin Putinin hərəkəti ilə bu uşaqlara melodik, səssiz gülüşlərini geri qaytarmaq mümkündür.
Onların günahsızlığını qoruyaraq, siz yalnız Rusiyaya deyil, bütöv insanlığa xidmət edəcəksiniz. Bu cəsarətli fikir insan münaqişələrindən üstündür və siz bunu bir imza ilə həyata keçirə bilərsiniz.
Vaxt gəlib çatdı”, – məktubda qeyd olunub.