Ermənistan üçün çətin qərar – Fevral ayına qədər cavab gəlməsə…
Ermənistan Baş naziri Nikol Paşinyanın Bakının narazılığını nəzərə alaraq Aİ missiyasının sərhəddən çəkilməsi ilə bağlı qərar verəcəyi haqqında iddialar var. Lakin hələlik bununla bağlı rəsmi açıqlama olmayıb. Belə ki, məlumata görə, İrəvan Qərb və Bakı arasında ortaq nöqtə tapmaq istəyir.
İrəvan hansı yolu izləyəcək? Sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlar fonunda Ermənistan Aİ missiyasının fevral ayında müddətinin uzadılması tələbini irəli sürə bilərmi?
Aİ və digər xarici ölkələrin missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi rəsmi Bakının qırmızı xəttidir:
“Sülh müqaviləsinin əsas predmeti olan məsələlər sırasına daxil olduğu üçün diqqətdə saxlanılır. Aİ missiyası adı altında bir çox kənar ölkələrin, o cümlədən Kanadanın əraziyə yerləşdirilməsi onun Avro-Atlantik Alyansın missiyası olduğunu sübuta yetirdi. Azərbaycanla razılaşma əsasında 40 nəfərdən ibarət heyətin qısa müddət ərzində əraziyə yerləşdiriləcəyinə qərar verildi. Daha sonra müddət uzadılanda Azərbaycanla məsləhətləşmələr aparılmadı. Artıq missiyanın fəaliyyət konteksti dəyişir”.
Deputatın sözlərinə görə, tərəflər arasında aparılan sülh danışıqlarına töhfə vermək adı altında fəaliyyət göstərən missiyanın əsas məqsədi prosesə maneə yaratmaqdır:
“Sözügedən missiyalar Ermənistanın, xarici qüvvələrin çətiri altında öz revanşist siyasətini həyata keçirməyə çalışırlar. Prezident İlham Əliyev tərəfindən sülh müqaviləsinin əsas prioritet məsələsinin gündəmə gətirilməsi təsadüfi deyil. Yalnız hazırkı missiya ilə bağlı deyil, gələcəkdə Ermənistana bağlı ayrı-ayrı qüvvələrin sərhədə müdaxiləsindən və bunun regiondakı balansı dəyişəcəyindən söhbət gedir. Bu yol verilməz haldır. Məlum olduğu kimi fevral ayında missiyanın fəaliyyəti bitir. Ermənistanın bu müddəti uzatmaq istədiyi ilə bağlı hələ dəqiq məlumaltlar yoxdur”.//
Globalinfo.az