Beşinci mərtəbədən yıxılan uşaq SAĞ QALDI

besinci-mertebeden-yixilan-usaq-sag-qaldi-1735069338
|
|

  Vladiqafqazda 12 yaşlı uşaq 5-ci mərtəbənin pəncərəsindən yıxılıb, lakin möcüzə nəticəsində sağ qalıb.

Referans.az Publika.az-a istinadən xəbər verir ki, MK məlumat yayıb.

Rusiya Federasiyası İstintaq Komitəsinin Şimali Osetiya-Alaniya üzrə İstintaq İdarəsi bildirib ki, hadisənin baş vermə şəraiti aydınlaşdırılır.

İlkin məlumatlara görə, oğlan bacısı ilə otaqda oynayırmış və qəfl pəncərənin qarşısına çıxıb. O, müvazinətini itirərək beşinci mərtəbədən yerə yıxılıb. Uşaq sağ qalıb, lakin çoxsaylı xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Hazırda zərərçəkənin vəziyyəti ilə bağlı yeni məlumat verilmir.

Respublika İstintaq Komitəsi istintaqdan əvvəl yoxlama aparır.