Ölkə birincisi oldu

19.02.2025
-
23:45
|
|
Magistraturaya qəbul imtahanlarında ölkə birincisi məlum olub.
Referans.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, ölkə birincisi Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Fidan Babayevadır.
O, essesiz 95 bal üzərindən 93 bal toplayaraq möhtəşəm nəticə göstərib.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-ci il tarixində keçirilmiş qəbul imtahanlarının nəticələri elan olunub.