Bakıda avtobus qəza törətdi - Ölən var

21.02.2025
-
10:28
|
|
Bakıda avtobus piyadanı vuraraq öldürüb.
Referans.az xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.
Belə ki, 1961-ci il təvəllüdlü İlqar Əliyevin idarə etdiyi “Daevoo” markalı avtobusla yolu keçmək istəyən piyada 1973-cü il təvəllüdlü Zahid Xibabayevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.(Axar.az )