Şahin Bağırov ona vəzifə verdi – FOTO

21.02.2025
-
18:05
|
|
Gömrük xidməti mayoru Tural Məhərrəm oğlu Həsənli Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsinə rəis təyin edilib.
Referans.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, T.Həsənli 2024-cü ildən adıçəkilən idarə rəisi vəzifəsini icra edirdi.
Xatırladaq ki, DGK-nin Hüquqi Təminat İdarəsinin əvvəlki rəisi Sənan Muxtarov ötən il təqaüdə göndərilib. S.Muxtarov 32 il bu vəzifədə çalışıb.