“Neftçi” “Sumqayıt”a qalib gəldi

21.02.2025
-
21:50
|
|
Misli Premyer Liqasının XXIV turunda "Neftçi" "Sumqayıt"a qalib gəlib.
Referans.az xəbər verir ki, "Neftçi Arena"da gerçəkləşən turun açılış oyununda "ağ-qaralar" 1:0 hesablı qələbəyə sevinib.
Yeganə qolu 90+3-cü dəqiqədə penaltidən Filip Ozobiç vurub.
Paytaxt təmsilçisi hazırda 27 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi 22 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər matçları 22 və 23 fevralda təşkil olunacaq./publika.az