Xalq artistinin səhhəti necədir? - Ailəsindən AÇIQLAMA

22.02.2025
-
21:45
|
|
Xalq artisti Ənvər Həsənovun səhhətində heç bir irəliləyiş yoxdur.
Referans.az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya açıqlamasında aktyorun qızı Aytən Həsənova məlumat verib.
Onun sözlərinə görə, edilən müalicələrin təsiri görünmür:
"Nə düzəlir, nə də dəyişir, olduğu kimi qalıb. Səhhəti heç yaxşı deyil, xoşumuza gəlmir. İynə-dərmanların xeyri yoxdur, edilən müalicə kömək etmir".
Qeyd edək ki, bir müddət öncə Xalq artisti Ənvər Həsənovun səhhəti pisləşib. Xəstəxanaya yerləşdirilən aktyora həkimlər kəskin işemik insult diaqnozu təyin edib".