Bakıda axşam tıxacı - Fotolar

Hazırda Bakının bəzi yollarında sıxlıq müşahidə olunur.
Referans.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda
1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində;
6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.