Prezident Fuad Məmmədovu yüksək vəzifəyə TƏYİN ETDİ

prezident-fuad-memmedovu-yuksek-vezifeye-teyin-etdi-1741797205
|
|

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova yeni müavin təyin edilib.

 

Referans xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Fuad Elxan oğlu Məmmədov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub.

 

Qeyd edək ki, Fuad Məmmədov təyinata kimi Dövlət Gömrük Komitəsinin Ümumdünya Gömrük Təşkilatında nümayəndəsi olub.