Bakıda zəlzələ HƏYƏCANI: Valideynlər məktəbə gəldi - FOTO 

bakida-zelzele-heyecani-valideynler-mektebe-geldi-fotonbsp-1741859387
|
|

Bakıda tikinti işləri orta məktəbdə zəlzələ təşvişi yaradıb. 


Ajans.az xəbər verir ki, bu barədə Binəqədi rayonunda yerləşən 83 saylı məktəbin direktoru Almaz Həsrət "Facebook"da paylaşım edib. O ilk öncə zəlzələ olduğunu, valideynlərin buna görə narahat olaraq məktəbə gəldiklərini qeyd edib.


Lakin daha sonra direktor paylaşım edərək bildirib ki, təkanlar zəlzələ deyilmiş. Sadəcə qonşu binada gedən təmir-tikinti işlərindən silkələnmə meydana gəlib.