Qızılı olanlara ŞAD XƏBƏR – Daha da BAHALAŞACAQ

diqqet-qizil-sahiblerine-sad-xeber-1741952023
|
|

 Bu gün dünya miqyasında qızıl bahalaşmaqda davam edir. “Comex” birjasının məlumatına görə, qızılın qiyməti bu ilin martın 13-də bir unsiya üçün 2953 dollar həddini keçib və yeni rekord vurub. Bank ekspertləri 2025-ci ilin dördüncü rübünə kimi qızılın orta qiymətinin bir unsiya üçün 3000 dolları ötəcəyini gözləyirlər. Qızılın qiyməti barədə nə proqnozlar nədən ibarətdir? Bu bahalaşmanın Azərbaycan iqtisadiyyatına təsiri nə olacaq?  


Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Referans-a açıqlamasında bildirib ki, qızılın qiymətinin artacağı gözlənilən idi. Məcazi mənada desək dünyada iqtisadi, geosiyasi  təlatümlər olanda qızıl həmişə güvənli liman rolunu oynayır.  Son zamanlarda da səhm bazarlarında da təlatümlər yaşandı. Səhmlərin qiyməti aşağı düşdü. Nəticədə də investorların da bir çoxu səhmlərdən imtina edərək qızıla yatırım etməyə başladılar. 




Natiq Cəfərli onu da bildirib ki, qızılın qiyməti bir unsiya üçün çox güman ki, 3000 dolları keçəcək. Bununla da bir müddət qızılın qiyməti dünyada sabitləşəcək. Bu da qeyd etdiyimiz kimi təlatümlü vəziyyətlə əlaqəlidir.  


Ekspert qızılın qiymətinin artmasının Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı da fikir bildirib. O hesab edir ki, bu artımın Azərbaycan iqtisadi mühitinə birbaşa təsiri olmasa da dolayı yolla təsirləri olacaq. Çünki Azərbaycandakı qızılın qiyməti dünya birjalarındakı qızılın qiyməti ilə müəyyən edilir. 


"Qızılın qiymət artımının müsbət tərəfləri də var. Azərbaycan Neft Fondu son zamanlar qızıl ehtiyatlarını xeyli artırıb. Hər dəfə qızılın qiyməti yüksəldikcə Dövlət Neft Fondunun ehtiyatlarının dəyəri də yüksəlir", - deyə ekspert əlavə edib.


Bünyamin Bünyadzadə

Referans