Bu gün qəbul imtahanında ən yüksək balı bu xanım TOPLAYIB

bu-gun-qebul-imtahaninda-en-yuksek-bali-bu-xanim-toplayib-1742113234
|
|

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının (I cəhd) yekun nəticələri açıqlanıb. İmtahanda 1 nəfər 97.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.



Referans bildirir ki, Modern.az-ın məlumatına görə, imtahanda ən yüksək balı Fidan Babayeva toplayıb.



O, Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisası üzrə 5-cü kurs tələbəsidir.



Fidan Babayeva sayta açıqlamasında bildirib ki. imtahana çox yaxşı hazırlaşıb: "Yüksək nəticə əldə edəcəyimi gözləyirdim.Zəhmətimin qarşılığını aldığımı düşünürəm".



O, hələlik hansı universitetdə oxumağa qərar vermədiyini, lakin magistratura pilləsini kibertəhlükəsizlik ixtisası üzrə xaricdə davam etdirmək istədiyini bildirib.