Hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi - Naxçıvanda... 

hava-seraiti-ile-bagli-sari-xeberdarliq-verildi-naxcivandanbsp-1742498393
|
|

Martın 23-dək Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Referans"-a verilən məlumata görə, muxtar respublikada sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə 10-15 m/san sürətlə qərb küləyi əsəcək, bəzi yerlərdə küləyin sürəti 18 m/san-dək güclənəcək.

Sarı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizlik, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.