Azərbaycanda zəlzələ oldu

21.03.2025
-
09:06
|
|
Kürdəmir stansiyasından 17 km şərqdə Ağsu rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 07:59-da qeydə alınan zəlzələnin ocağı 41 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 3.4 bərabər olan zəlzələ hiss olunmayıb.