İmamoğlunun 121 səhifəlik ifadəsi üzə çıxdı: “Bu suala cavab vermirəm” – Detallar 

imamoglunun-121-sehifelik-ifadesi-uze-cixdi-bu-suala-cavab-vermirem-detallarnbsp-1742630133
|
|

  İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun polis idarəsində verdiyi açıqlamalar üzə çıxıb.

Onun 3 saat 40 dəqiqəlik və ya 121 səhifəlik ifadə verdiyi məlum olub.

Dindirilməyə siyasi mesajlarla başlayan İmamoğlu, şübhəli fotoların ona göstərilməsindən sonra bunları deyib:

“Burada olmağımın yeganə səbəbi illərdir mənə qarşı aparılan siyasi mübarizə formasıdır. Bu, xalqın iradəsinə qarşı məhkəmə təzyiqidir”.

İstanbul meri bütün suallara demək olar, eyni cümlə ilə cavab verib: “Bütün ittihamları qəti şəkildə rədd edirəm”.

Maliyyə Cinayətlərini İstintaq Şurasının (MASAK) hesabatları əsasında aparılan sorğu-sual bölməsində İmamoğlu ona yönələn maliyyə, şirkət əlaqələri və pul dövriyyəsi ilə bağlı bunları deyib:

“Hesabat mənə təqdim olunmayıb. Lakin sözügedən satış bizim ailəmizə aid olan İmamoğlu İnşaata məxsusdur. Bələdiyyə sədri olduqdan sonra imza səlahiyyətim yoxdur. Peşəkar şəkildə idarə olunan şirkətdir. Bütün sənədlər qanuni orqanlarda mövcuddur”.

O, istintaq dosyesində təsbit edilən 7 fərqli tenderdə vətəndaşların yüz milyonlarla lirə zərər görməsi ilə əlaqədar sualları belə cavablandırıb. “Mən bu suala cavab vermirəm, bütün ittihamları qətiyyətlə rədd edirəm”, – deyə İmamoğlu bildirib.

Qeyd edək ki, Əkrəm İmamoğlu bu gün yerli vaxtla saat 21:00-da məhkəmə binasına gətiriləcək.//Globalinfo.az