Bakıda maşın işıqfora çırpıldı - FOTO

25.03.2025
-
09:10
|
|
Binəqədi rayonu, Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
"Referans" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində işıqfor yararsız vəziyyətə düşüb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıradan çıxan svetoforun yenisi ilə əvəz edilməsi işləri görüləcək.