Bu ölkədə fövqəladə vəziyyət elan edildi

27.03.2025
-
09:46
|
|
Boliviya hökuməti fövqəladə vəziyyət rejimi elan edib.
Buna səbəb yağış və daşqınlar nəticəsində son aylarda 50-dən çox insanın ölməsidir.
Ölkə Prezidenti Luis Arse bu barədə bildirib:
“Təbii fəlakətlər ölkədə fövqəladə vəziyyət elan etməyə məcbur edir. Bu gün biz dəymiş zərərlə mübarizəyə cəlb olunan bütün qurumların işini sürətləndirəcək müvafiq fərmanı dərc etdik”./publika.az