Yevlaxda yol qəzasında yaralanmış şəxs xəstəxanada VƏFAT EDİB 

yevlaxda-yol-qezasinda-yaralanmis-sexs-xestexanada-vefat-edibnbsp-1743290691
|
|

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində yaralanmış şəxs xəstəxanada keçinib.


Yevlax rayon Əxşəm kənd yolunda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində ağır xəsarət alan 1995-ci il təvəllüdlü Vüsal Məmmədov, müalicə aldığı Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında göstərilən tibbi yardımlara baxmayaraq, ölüb.


Xatırladaq ki, martın 28-də baş vermiş qəza nəticəsində ümumilikdə altı nəfər xəsarət almışdı.


Faktla bağlı araşdırma aparılır.