Yevlaxda yol qəzasında yaralanmış şəxs xəstəxanada VƏFAT EDİB

30.03.2025
-
09:35
|
|
Yevlax rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində yaralanmış şəxs xəstəxanada keçinib.
Yevlax rayon Əxşəm kənd yolunda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində ağır xəsarət alan 1995-ci il təvəllüdlü Vüsal Məmmədov, müalicə aldığı Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında göstərilən tibbi yardımlara baxmayaraq, ölüb.
Xatırladaq ki, martın 28-də baş vermiş qəza nəticəsində ümumilikdə altı nəfər xəsarət almışdı.
Faktla bağlı araşdırma aparılır.