“Qarabağ”ın əsas oyunçusu komandanı tərk edir

qarabagin-esas-oyuncusu-komandani-terk-edir-1743327246
|
|

"Qarabağ"ın cinah müdafiəçisi Marko Veşoviç mövsümün sonu komandadan ayrılacaq.



Referans forvard-a istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi üçün daha sərfəli təkliflərin olduğu deyilir.



"Qarabağ" onun istədiyi maaşı verməsə monteneqrolu karyerasını başqa klubda davam etdirəcək.



Qeyd edək ki, Veşoviç 2021-ci ilin yayından "Qarabağ"ın formasını geyinir.
O bu mövsüm bütün turnirlərdə 24 görüşdə meydana çıxıb və 2 qola imza atıb.