Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli oldu

30.03.2025 - 23:37
|
|
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
Final matçında "Gəncə" və NTD komandaları üz-üzə gəlib. Bakı İdman Sarayında keçirilən görüş paytaxt təmsilçisinin 81:72 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da NTD Azərbaycan Kubokunun qalibi olub.
Qeyd edək ki, bu kuboka ötən mövsüm "Neftçi" sahib çıxmışdı.