Məşhur Türk müğənni dünyasını dəyişdi + VİDEO

meshur-turk-mugenni-dunyasini-deyisdi-video-1743375910
|
|

Şimali Kipr Türk Respublikasının (KKTC) Səhiyyə Nazirliyi İskele şəhərində konsert zamanı səhnədə xəstələnən müğənni Volkan Konakın bütün müdaxilələrə baxmayaraq həyatını itirdiyini açıqlayıb.



Nazirlik xəstəxanaya çatdırılan Konakla bağlı yazılı açıqlama verib.



Bəyanatda aşağıdakılar qeyd olunub:



"Bu gecə saat 00.17-də qəfil xəstəlik səbəbilə Mağusa Dövlət Xəstəxanasına gətirilən sənətçi Volkan Konak, bütün müdaxilələrə baxmayaraq təəssüf ki, saat 00.42-də həyatını itirdi. Mağusa Dövlət Xəstəxanası Baş Həkimliyi tərəfindən ətraflı açıqlama yazılı şəkildə veriləcək".



İskele şəhərindəki otellərdən birində çıxış edən Volkan Konak konsert zamanı xəstələnib.



Konsert tamaşaçılarından ilkin tibbi yardım alan Konak daha sonra təcili yardım maşını ilə Mağusa Dövlət Xəstəxanasına aparılıb.



***01:00


Türkiyənin məşhur müğənnisi Volkan Konak Kıbrısda konsert zamanı səhnədə huşunu itirib.

"32gun.az" xəbər verir ki, müğənniyə səhnədə ilkin tibbi yardım göstərilib. Ona səhnədə 10-15 dəqiqə ürək masajı edilib. Konserti yarımçıq qalan Konak xəstəxanaya yerləşdirilib. İfaçının infarkt keçirdiyi ehtimal edilir. 

Hələlik müğənninin səhhəti ilə bağlı heç bir açıqlama verilmir.