Azərbaycanın çox böyük planları var - İlham Əliyev

02.04.2025
-
12:35
|
|
Bərpaolunan enerji sahəsində, harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var.
Bu fikri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında səsləndirib.
“Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 qiqavata çatdırmaq fikrindəyik və bu, tam realdır. Bunun bir hissəsi Avropaya ixrac ediləcək”, - deyə dövlət başçısı vurğulayıb.