Tramp imzaladı: yeni 25 faizlik tariflər qüvvəyə minir

02.04.2025
-
23:58
|
|
Tramp avtomobil və ehtiyat hissələrinin idxalına 25 faizlik rüsum tətbiq edib.
Bu barədə “UNİAN” məlumat yayıb.
ABŞ prezidenti Donald Tramp 3 apreldən etibarən ölkəyə idxal olunan avtomobillər və onların ehtiyat hissələrinə 25 faizlik gömrük rüsumu tətbiq edən fərman imzalayıb. Bu qərar xarici avtomobil istehsalçılarına, o cümlədən Avropa, Asiya və digər bölgələrdən olan şirkətlərə ciddi təsir göstərə bilər.
Tramp qərarı imzalayarkən bildirib ki, bu addım ABŞ-ın milli təhlükəsizliyini qorumaq və yerli avtomobil sənayesini dəstəkləmək məqsədilə atılıb. O, xarici avtomobillərin ABŞ bazarında üstünlük qazanmasının ölkənin sənaye sektoruna zərbə vurduğunu və iş yerlərinin azalmasına səbəb olduğunu qeyd edib./globalinfo.az