GİZLİ XƏSTƏLİK YAYILDI: Növbəti qurban siz ola bilərsiniz!

Siqaret çəkməyən və alkoqol istifadə etməyən qadınlarda da ağız xərçənginin yaranma ehtimalı var.
Aparılan son araşdırmalar nəticəsində məlum olub ki, şəkərli və qazlı içkilərin ağız xərçəngi riskini artırdığı müəyyən edilib. 2020-ci ildə dünyada 355 mindən çox ağız xərçəngi halı qeydə alınıb və təxminən 177 min insan bu xəstəlik səbəbindən həyatını itirib.
Vaşhinqton Universitetinin mütəxəssisi Brittany Barber bu xərçəng növünün süd vəzi və ya yoğun bağırsaq xərçəngi qədər geniş yayılmadığını, lakin siqaret və alkoqol istifadə etməyən qadınlar arasında artmasının narahatlıq doğurduğunu bildirib.
Alimlər siqaret və alkoqoldan əlavə, qidalanma vərdişlərinə də diqqət yetirilməsinin vacibliyini vurğulayıblar.
Bu araşdırma şəkərli içkilərin yalnız piylənmə və diabetə deyil, həm də ağır xərçəng növlərinə səbəb ola biləcəyini göstərən ilk elmi işlərdən biri hesab olunur.
Daha ətraflı videoda: