Tramp YENİ QƏRAR VERDİ: Dollar ucuzlaşır?

tramp-yeni-qerar-verdi-dollar-ucuzlasir-1743760227
|
|

ABŞ prezidenti Donald Trampın kütləvi tarifləri elan etməsindən sonra Amerika valyutası güclü təzyiqə məruz qalıb. ABŞ dolları bütün əsas valyutalar qarşısında zəifləyib.

 

Bloomberg Dollar Spot Index (BBDXY) aprelin 3-ü cümə axşamı ticarət zamanı 1,5% ucuzlaşıb.


İqtisadçı-ekspert Natiq Cəfərli “Referans”-a açıqlamasında yaxın perspektivdə dolların aqibəti haqqında danışıb.




“Son günlərdə dollar indeksinin iki faizə yaxın dəyər itirdiyi görünür. Amma bu, təhlükəli məsələ deyil. Əslində, Trampın məqsədlərindən biri də dollar indeksinin ucuzlaşdırılmasıdır. Yəni dolların digər valyutalara qarşı daha ucuz olmasıdır. Çünki Amerika iqtisadiyyatında istehsalı və ixracatı stimullaşdırıcı addımdır. ABŞ-da bunu bir təhlükə kimi yox, bir fürsət kimi görürlər. Ona görə də bununla bağlı hansısa ciddi problem yaşanacağını düşünmürəm”.

 

Fidan Vəlisoy