Tramp 75 ölkəyə tarif tətbiqini 90 günlük DAYANDIRDI - Siyahıda Azərbaycan da var 

tramp-75-olkeye-tarif-tetbiqini-90-gunluk-dayandirdi-siyahida-azerbaycan-da-varnbsp-1744263033
|
|

  ABŞ Prezidenti Donald Tramp Azərbaycan da daxil olmaqla, 75-dən çox ölkənin mallarına rüsumların tətbiqini 90 gün ertələyib.

Bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb.
 

"75-dən çox ölkənin Birləşmiş Ştatların nümayəndələrini ticarət maneələri, tariflər, valyuta manipulyasiyası və qeyri-monetar tariflərlə bağlı müzakirə olunan məsələlərin həlli üçün danışıqlar aparmağa çağırması faktına əsaslanaraq, mən 90 günlük fasilə və əhəmiyyətli dərəcədə azaldılmış qarşılıqlı tarifə icazə verdim”, - ABŞ prezidenti qeyd edib.

Xatırladaq ki, Amerika lideri aprelin 2-də Aİ-dən gələn mallara 20% rüsum tətbiq edib, həmçinin Azərbaycanın da daxil olduğu digər ölkələr üçün minimum 10% baza tarifi müəyyən edib.