Əhaliyə CİDDİ XƏBƏRDARLIQ edildi: Bakıda aprelin 12-dək...

diqqetli-olun-qeyri-sabit-hava-bu-tarixe-kimi-davam-edecek-1744291182
|
|

Artıq bir neçə gündür ölkə ərazisində yaza xas olmayan kəskin hava şəraiti – güclü külək və soyuq hava müşahidə olunur.


Bəs soyuq hava şəraiti nə vaxta qədər davam edəcək?


Meteroloq Cavidan Əliyev “Referans”-a açıqlamasında bu sualı cavablandırıb.




“Ölkə ərazisində şimşək çaxacağı, yağış yağacağı, axşam intensivləşəcəyi, Böyük Qafqazın cənub yamacında yerləşən Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, İsmayıllı rayonlarında güclü olacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi 8-13 m/s, Qobustan ərazisində arabir 22-27 m/s,  şərq rayonlarında-Xaçmaz, Şabran, Siyəzən, Şirvan, Biləsuar, Cəlilabad, Neftçala, eləcə də Kiçik Qafqaz ərazisində-Gədəbəy, Kəlbəcər, Xankəndi rayonları ərazisində arabir 15-20 m/s-dək güclənəcək.

Temperatur əksər rayonlarda gecə +8+11, gündüz +12+15, dağlıq rayonlarda qeyri-bərabər paylanacaq. Belə ki, Böyük Qafqazın şimal-şərq yamacında- Quba, Qusarda gecə və gündüz +2+5, cənub yamacda Şəki-Zaqatala zonasında gecə +8+11, gündüz +12+15, Kiçik Qafqazda Daşkəsən-Gədəbəy zonasında gecə +6+8, gündüz +12+15, Talış dağlarında yerləşən Lerik rayonunda gecə +11+13, günün birinci yarısı qısa müddətə  +20+22, günün ikinci yarısı kəskin enərək +9+11 dərəcə təşkil edəcək. Burada yüksək dolu riski mövcuddur.

Bakıda gecə əsasən yağmursuz keçəcəyi, səhər saatlarından başlayaraq yağış yağacağı, axşam intensivləşəcəyi gözlənilir. Güclü şimal küləyi əsəcək 12-17 m/s, arabir 20-25 m/s-dək güclənəcək. Temperatur gecə və gündüz +9+11, axşam +7 dərəcəyədək enəcəyi gözlənilir.

Lənkəranda fasilələrlə yağış yağacağı, arabir  bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı gözlənilir. Gecə və səhər duman.  Şimal-şərq küləyi arabir güclənəcək 8-13 m/s. Temperatur gecə +12, gündüz +14+16 dərəcə, axşam +11 dərəcəyə enəcəyi gözlənilir”.


Meteroloq qeyd edib ki, qeyri-sabit hava şəraiti Bakıda aprelin 12-dək davam edəcək.


“İlk öncə qeyd edim ki, bu günlərdə havanın temperaturu 10-15 dərəcə aşağı olacağı və göstəricələrin iqlim normasından aşağı enəcəyi gözlənilir. Havanın minimal temperaturu əksər rayonlarda və Abşeron yarımadasında +7+12 dərəcə, dağlıq rayonlarda +1+6 dərəcə təşkil edəcək. Yağıntılara gəlincə isə rayonlarda və Bakıda yağış yağacağı, arabir leysan xarakterli, bəzi yerlərdə  güclü olacağı və dolu düşəcəyi, şimşək çaxacağı gözlənilir. Bəzi dağlıq rayonlarda yağışın tədricən sulu qara keçəcəyi proqnozlaşdırılır”.

 

Fidan Vəlisoy