Kriminal aləmə çevrilən təhsil ocağı: Şagirdlər məktəbə niyə bıçaqla gəlir?

sagird-cinayetleri-niye-coxalir-mekteblerde-psixoloji-is-duzgun-aparilirmi-1744620136
|
|

Son zamanlar media və sosial şəbəkələrdə orta məktəb şagirdlərinin cinayətləri ilə bağlı xəbərlərə rast gəlirik. Bu günlərdə Ağstafada 9- cu sinif şagirdi öz məktəb yoldaşını bıçaqlayıb. Ümumiyyətlə orta məktəblərdə şagirdlərlə psixoloji iş hansı səviyyədə təşkil olunur? Ümumtəhsil məktəblərində təhlükəsizlik lazımi şəkildə təmin edilirmi? Bu sahədə hansı nöqsanlar var?


Mövzu ilə bağlı təhsil eksperti Ceyhun Qafarov Referans-a bildirib ki, ümumtəhsil məktəblərində mühafizə qaydaları Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 209 nömrəli qərarı ilə təsdiq olunub, amma bu mühafizə qaydalarında binanın ümumi mühafizəsindən danışırıq. Nəticə olaraq bu gün məktəblərimizdə olan bıçaqlanma hadisələri təkcə məktəbin mühafizəsi ilə bağlı deyil. Bizim ümumtəhsil və tərbiyə sistemində müəyyən problemlər mövcuddur.




Ekspert onu da diqqətə çatdırıb ki, məsələnin digər bir tərəfi isə bizim cəmiyyətimizdə ailə institutunda yaranmış problemlərdir. Sosial şəbəkənin insan həyatına daxil olması eyni zamanda ata və anaların övladlarının tərbiyəsi ilə bağlı olan məsələlərə biraz laqeyd yanaşmasına gətirib çıxarır. Bu baxımdan düşünürəm ki, hərşeyi mühafizə ilə həll edə bilmərik. Əvvəllər orta məktəblərimizdə heç mühafizə yox idi. Təhsil sistemində tərbiyə, psixoloji iş əsas şərt olurdu. Amma bu gün bunlar yoxdur. "



"Birmənalı şəkildə bu gün baş verənlər təhsildə təəssüf doğuran hadisələrdir. Bu istiqamətdə ciddi nəzarət və təhsil sahəsində peşəkarlığı olan mütəxəssislərin bacarıqlarından istifadə etmək lazımdır. Hesab edirəm ki, bu nəticələr daha da çoxala bilər", - deyə müsahibimiz əlavə edib.


Şahverdiyeva Elena.  

Referans