Yağış bu tarixdən tam kəsəcək - AÇIQLAMA

Hazırda ölkədə yağıntılı hava şəraiti davam edir.
Bəs qeyri-stabil hava nə vaxta kimi davam edəcək?
Məsələ ilə bağlı Milli.Az-a Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, yağıntı hazırda intensivdir. Öncədən bu gözlənilən idi. Bu barədə proqnoz vermişdik. Leysana görə bəzi yerləri subasması olub. Bu hava 17 aprelə kimi davam edəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.