ABŞ Çin məhsullarına 245 % rüsum tətbiq edəcək?

abs-cin-mehsullarina-245-rusum-tetbiq-edecek-1744833045
|
|

  Vaşinqton administrasiyası Çindən ABŞ-a gələn müəyyən növ mallara 245 %-ə qədər rüsum tətbiq edə bilər.

Bu barədə Ağ Evin bəyanatında bildirilib.

Belə ki, Çinə tətbiq edilən tariflərin siyahısı açıqlanıb. Buraya “125%-lik cavab rüsumları”, fentanil böhranı ilə mübarizə üçün 20 % rüsumlar və 1974-cü il Ticarət Aktının 301-ci bölməsinə əsasən müəyyən məhsullar üzrə 7,5 %-dən 100 %-ə qədər olan rüsumlar daxildir.

Xatırladaq ki, ABŞ lideri Donald Tramp aprelin 2-də 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. O, daha sonra Çin məhsullarına rüsumları 125 %-ə qaldırıb.