Əhaliyə ŞAD XƏBƏR - Minimum əməkhaqqı ARTACAQ

diqqet-minimum-emek-haqqlarinda-artim-ne-qeder-olacaq-1744877628
|
|

 Ən az əməkhaqqı alan vətəndaşlar üçün hər manat böyük əhəmiyyət daşıyır. Onların yaşayış səviyyəsi birbaşa minimum maaş məbləğindən asılıdır. Çoxlarını düşündürən sual isə budur. Minimum əməkhaqqı artırılacaqmı? Yeni artım gözlənilirmi və bu artım əhalinin sosial rifahına necə təsir göstərə bilər?


Mövzu ilə bağlı həmsöhbət olduğumuz iqtisadçı ekspert Eldəniz Əmirov Referans-a açıqlamasında konkret olaraq bildirib ki, bu sualın cavabı uzun ola bilməz. Çünki minimum əməkhaqqı onsuz da bu ilin əvvəlindən artırılıb. Eldəniz Əmirov həmçinin hazırda əlavə artımın gözlənilmədiyinə güman etdiyini bildirib. 




İqtisadçı ekspert Natiq Cəfərli də Referans -ın suallarını cavablandırarkən deyib ki, minimum əmək haqqı bu il artırılaraq 400 manata qaldırılıb. Açığı, bu il ərzində minimum əmək haqqının yenidən artırılması ilə bağlı hər hansı bir qərarın veriləcəyi gözlənilmir. Yəni, hazırda bu istiqamətdə ciddi bir gözlənti və ya formalaşmış fikir yoxdur. Minimum əmək haqqının ilin sonuna qədər dəyişəcəyi ehtimalı da olduqca azdır.




"Gələn il üçün dövlət büdcəsinin formalaşması zamanı, 2026-cı il üçün yeni sosial paket qəbul edilərsə, bu sahədə müəyyən addımların atılması mümkündür. Lakin hazırkı iqtisadi vəziyyətə, xüsusilə də neftin qiymətinin enməsi fonunda yaranan büdcə çətinliklərinə nəzər salsaq, yaxın zamanda — ən azından bu il ərzində — belə bir qərarın qəbul olunması ehtimalı olduqca aşağıdır", deyə Natiq Cəfərli vurğulayıb.   


Gülgəz Qədirova

Referans