Binəqədi rayonu MƏDƏN YOLUNDAN VƏTƏNDAŞLAR ŞİKAYƏTÇİDİR…

bineqedi-rayonu-meden-yolundan-vetendaslar-sikayetcidir-1744896349
|
|

Mütəmadi olaraq vətəndaş şikayətlərini və sosial problemləri media vasitəsilə işıqlandırırıq. Bu dəfə isə vətəndaş şikayəti Binəqədi rayonu, Binəqədi qəsəbəsindəki 1-ci mədən adlanan ərazidə yaşayan sakinlər yol problemindən şikayətçidirlər.



Sakinlərin bildirdiyinə görə, Mədən yolu həddən artıq bərbaddır. Vətəndaşlar həmçinin onu da bildiriblər ki, bu yoldakı bərbad vəziyyət ilin bütün fəsillərində eyni şəkildə davam edir. Ərazi üzrə məsul qurumlara şikayətlər edilsə də heç bir nəticə əldə olunmayıb. Sərnişinlərin bu yoldan həm şəxsi avtomobillə istifadə etməsi həm də ictimai nəqliyyatdan yararlanması ciddi problemə çevirilib. Xüsusilə Mədən yolunda avtobusların əhaliyə xidmət göstərməsi çox çətindir.


Yolun əlverişsiz olması nəticəsində nəqliyyat vasitələrinin də zərər görməsi qaçılmazdır. Media olaraq bu məsələni diqqətdə saxlayacağıq. Ərazidə yaşayan sakinlərin şiakyətləri əsasında Azərbaycan Avtomobil Yolları Agentliyinə və Azərbaycan Yerüstü Nəqliyyat Agentliklərinə müraciət etmişik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq. Qeyd edək ki, məsələnin həlli üçün sakinlər dövlət başçısına müraciət etməyi düşünür. Bu müraciətin də mümkün qədər daha geniş miqyasda media vasitəsilə yayımlanması üçün çalışacağıq…

DAVAMI OLACAQ...


SÖZÜGEDƏN ŞİKAYƏTLƏ BAĞLI REAL VİDEOLARI SİZƏ TƏQDİM EDİRİK:


https://www.youtube.com/watch?v=emCcVtynwS0



https://www.youtube.com/watch?v=eFvxNXHLorw