ŞAD XƏBƏR: Bu ölkə Azərbaycan vətəndaşları üçün vizanı ləğv edir?

Azərbaycan Prezidentinin Çinə səfəri çərçivəsində
qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişin imzalanması gözlənilir.
Bu barədə Azərbaycan-Çin
Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında
bildirilib.
Turizm eksperti Ceyhun Aşurov “Referans”-a açıqlamasında viza sahəsində qarşılıqlı əməkdaşlığın mahiyyətində və effektivliyindən danışıb.
“Bu günlərdə Çin və Azərbaycan Ticarət və İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçirildi. Biz bilirik ki, öncə Azərbaycan və Çin vətəndaşları üçün vizanın aradan qaldırılması üçün təşəbbüs etdi. Bütün bunlar Çindən daha çox turistin gəlməsinə və Azərbaycanda da eyni qaydada ora daha çox turistin getməsinə, həmçinin ticari-iqtisadi əlaqələrin artmasına və inkişafına səbəb olacaq bir qərar idi. Xatırlayırıq ki, cənab prezident də bununla bağlı qeyd etmişdi ki, vizaların aradan qaldırılmasının qarşılıqlı şəkildə olacağını ümid edir. Bu yaxınlarda olan iclasda bu məsələ yenidən gündəliyə gətirildi və yaxın gələcəkdə bunun qarşılıqlı şəkildə həyata keçirilməsi, yəni Azərbaycan vətəndaşları üçün də Çin vizasının aradan qaldırılması nəzərdə tutulur”.
Ekspert qeyd edib ki, dünya üzrə Çin səyahətə ən çox pul xərcləyən ölkələr siyahısında birinci yerdədir. Bu baxımdan da vəza rejiminin ləğvi Azərbaycan turizminə böyük fayda verib.
“Hər il Çində turizmə 250 milyard dollar pul xərclənilir. Çinlilər səfər etmə xərclərinə görə dünyada birincidirlər. Buna görə də bir çox turizm destinasiyaları və ölkələr məhz Çindən payını almaq üçün çalışırlar. Azərbaycan Çinlə müqayisədə kiçik ölkə olsa da, bu cür addımların atılması Çindən bura çox turistlərin gəlməsinə, eyni zamanda ticari-iqtisadi əlaqələrin genişlənməsinə səbəb ola bilər. Həmçinin qarşılıqlı investisiyaların artırılmasına təşviq etmiş olar. Nəzərə almaq lazımdır ki, birtərəfli qaydada Çindən gələn vətəndaşlar üçün vizanın ləğv olunması Azərbaycan turizminə öz töhfəsini vermişdir.Qeyd etmək lazımdır ki, pandemiyadan öncə ən böyük göstərici olaraq təxminən 25 min turistin Azərbaycana gəlməsi idisə, 2024-cü ildən sonra isə təxminən 44 mindən çox Azərbaycana turist səfərləri olmuşdir ki, bu çox ciddi nəticədir”.
Fidan Vəlisoy